Dr.Elgün Səmədov

Bu kanalın məqsədi cərrahi xəstəlikər haqqında maarifləndirici məlumatların paylaşılmasıdır.
Cərrahiyyə aid video çıxışlar paylaşılacaqdır.
Cərrahiyyə xidməti Elgün Səmədov və Möhsum Əsgərov tərəfindən göstərilir.
Əlaqə telefonu 0502249089
Email elgunsamed@yahoo.com


Dr.Elgün Səmədov

Yoğun bağırsaq xərçəngi, əsasən, bu əlamətlərlə özünü büruzə verir:
- “Bağırsağın tam boşalmaması” hissi
- Qanaxmalar
- Xronik qəbizlik problemləri,
- Köp şikayətləri.
Yoğun bağırsaq xərçəngi digər xərçənglərə nisbətən daha geniş yayılıb. Amma sevindirici hal burasındadır ki, müalicəsində daha yaxşı nəticələr əldə edilir.

#DrElgünSəmədov #Onkologiya #ÜmumiCərrah #Cərrah #YoğunBağırsaqXərçəngi

2 years ago | [YT] | 11

Dr.Elgün Səmədov

Bədən kütlə indeksi 35 və daha artıq olan şəxslərdə artıq çəki əməliyyatı aparılmalıdır. Bu cərrahiyənin bəzi üsulları mövcuddur və xəstələrin ümumi vəziyyətinə görə seçilməlidir. Bəzi xəstəliklər artıq çəki əməliyyatı ilə sağala bilərlər:
- Yüksək qan təzyiqi
- Tip 2 diabet
- Yuxu apnesi
- Yüksək xolesterin səviyyələri
- Ürək xəstəlikləri və s.

#DrElgünSəmədov #ÜmumiCərrah #Onkoloq #ArtıqÇəkiƏməliyyatı

2 years ago | [YT] | 3

Dr.Elgün Səmədov

Hər kəsə uğurlarla dolu bir təhsil dövrü arzulayıram.

#DrElgünSəmədov #BilikGünü

2 years ago | [YT] | 3

Dr.Elgün Səmədov

Mədəaltı vəzi (pankreas) xərçəngində genetik faktor, siqaret çəkməyə və spirtli içkilərə meyillilik xəstəliyin yaranmasına şərait yaradan əsas faktorlardandır. Xəstəlik, əsasən, 55-60 yaşdan sonra ortaya çıxır. Lakin olduqca nadir hallarda gənclərdə də rast gəlinir. Kompüter-tomoqrafiya aşkarlama üçün kifayət edir. Çünki pankreas haqqında tibbdə belə bir söz var: "Əksi isbat edilənə qədər daima bədxassəli qəbul et". Ona görə orada törəmə görülübsə, əksi isbat olunana qədər bu bədxassəli olaraq qəbul olunmalı və əməliyyatla götürülməlidir.

#DrElgünSəmədov #Onkoloq #Cərrah #ÜmumiCərrah #MədəaltıVəz #MədəaltıVəzXərçəngi #Pankreas

2 years ago | [YT] | 6

Dr.Elgün Səmədov

Əməliyyatın növünə xəstəliyin mərhələsindən, damara münasibətindən, limfa düyünlərinin sayından, şişin ölçüsündən asılı olaraq qərar verilir. Amma qapalı, yəni laparoskopik əməliyyatlar əməliyyatdan sonra bərpa olunma müddəti üçün daima daha yaxşıdır.

#DrElgünSəmədov #Onkoloq #Cərrah #ÜmumiCərrah #MədəXərçəngi

2 years ago | [YT] | 6

Dr.Elgün Səmədov

Süd vəzi əməliyyatı xəstənin istəyi ilə deyil, həkim göstərişi ilə edilir. Əgər xəstədə onkoloji lokal problem varsa, mərhələsindən asılı olaraq hamısı alına bilər. Bəzən elə mərhələdə olur ki, süd vəzi qoruyucu cərrahiyyə də edilə bilər və ya tamamən götürülə bilər. Buna əsasən də xəstənin alacağı müalicələr dəyişiklik göstərir. Məsələn, əgər süd vəzi qoruyucu əməliyyat edilirsə, bir çox hallarda bundan sonra şüa terapiyaya gedilməlidir. Amma xəstə şüa terapiya almaq istəmirsə, o zaman tam götürülür. Nəticədə, bu, bir orqandır. Əgər xəstə sonrakı müalicələri qəbul edirsə, qoruyucu əməliyyatlar eləsək, daha yaxşı olar.

#DrElgünSəmədov #Onkoloq #Cərrah #ÜmumiCərrah

3 years ago | [YT] | 3