İnnovasiyalar Mərkəzi

“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir. Mərkəz sosial yönümlü innovasiyalarla bağlı araşdırmaların aparılması, innovativ həllərin dövlət orqanları və biznes qurumları tərəfindən istifadəsi və tətbiqi üçün yaradılıb.
“İnnovasiyalar Mərkəzi”-nin fəaliyyət istiqamətləri genişdir. “ASAN xidmət” mərkəzlərində, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda və digər təşkilatlarda informasiya texnologiyalarının tətbiqi və onlara texniki dəstəyin verilməsi, innovativ həllərin tətbiqi, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi, bir çox təlim və treninqlərin keçirilməsi də mərkəzin məqsədlərindəndir.



İnnovasiyalar Mərkəzi

“İnnovasiyalar Mərkəzi” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələri arasında tanışlıq və əməkdaşlıq görüşü keçirilib.


Görüş çərçivəsində Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr, tədbirlər və hakatonlar barədə təqdimat olub. Həmçinin texnologiya və innovasiya mühitinin qurulması, süni intellekt və rəqəmsal savadlılıq sahəsində görülən işlər barədə məlumat verilib.


Görüşdə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə əməkdaşlıq imkanları, ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təlimlərin təşkili, AHİK əməkdaşlarının bilik və bacarıqların artırılmasına yönəlmiş təlim proqramları və birgə innovativ təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.


İştirakçılar İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “iLab” laboratoriyası ilə tanış olublar, o cümlədən “iLAB”da istehsal prosesini izləyiblər.

11 months ago (edited) | [YT] | 2