Medplus TV Azərbaycanda onlayn yayımlanan ilk peşəkar tibbi kanaldır. Kanalımızda Azərbaycanın peşəkar həkimlərinin tibbi mövzuları, həmçinin əməliyyat görüntüləri yayımlanır. Məqsədimiz cəmiyyətin tibbi mövzuda maariflənməsidir. Çünki xəstəlik haqqında məlumatlı olmaq onun ilkin əlamətlərini tanımaq deməkdir. Özlərində və yaxınlarında xəstəliyin əlamətlərini müşahidə etdikləri anda həkimə müraciət etmək lazımdır. Xəstəliyin ilkin əlamətlərdə yox edilməsi böyük fəsadların qarşısını alır. Bu missiyada Medplus TV tibbi kanalına dəstək olmaq istəyənlər üçün video materialları paylaşmaq kifayətdir.


MedplusTV

Cilgin sinif

3 years ago | [YT] | 0

MedplusTV

Həkim pasiyentə iki barmaq qoydu 🙄

3 years ago | [YT] | 0

MedplusTV

GÖZLƏRİN QABAĞINDA UÇUŞAN NÖQTƏ VƏ SAPLAR

Bir çoxlarımız gözlərimizin qabağında sanki uçuşan, üzən nazik şəffaf saplar, torlar, nöqtələr görür. Bunlar xüsusilə açıq göy səma və ya işığa baxanda aydın görünür.

Saglamolun.az BBC Future-ə istinadla bildirir ki, bu optik illüziya deyil, bu saplar, nöqtələr, torlar gözümüzün daxili qatında həqiqətən var. Tibdə buna “miodezopsiya” deyilir.

Gözün şüşəvari cismi jeleyəbənzər konsistensiyası olan mayeli şəffaf maddədən ibarətdir. Şüşəvari cismin içinə kiiçik qan hissəcikləri və ya digər hüceyrələr düşə bilər. Bu mikroskopik hissəciklər işiğın qarşısını alır ki, nəticədə torlu qişada kölgələr yaranır. Məhz bu kölgələr bizə sap, nöqtə, tor kimi görünür. İnsan yaşlaşdıqca şüşəvari cismin özündə baş verən dəyişikliklər bunu daha da artırır.

Mütəxəssislərin əksəriyyəti bu simptomu ciddi problem hesab etmirlər. Sap və nöqtələr vaxt keçdikcə öz-özündən yox ola bilər. Böyük Britaniyada aparılmış bir araşdırma göstərib ki, eksperiment iştirakçılarının 74%-də bu simptom var.

Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda gözlərin qarşısında yad cismlərin əmələ gəlməsi ciddi problemlərə işarə edə bilər. Həkimlər qeyd edirlər ki, bu simptomun birdən-birə əmələ gəlməsi, nöqtə, tor və sapların çox olması gözün şüşəvari cisminin qopmasına işarə edə bilər ki, bu da torlu qişanın çırılması və korluğa səbəb ola bilər. Bu xüsusilə yaşlı insanlarda tez-tez baş verir.

Lakin cavanlar da bu simptoma fikir verməli və simptom artanda dərhal oftalmoloqa müraciət etməlidirlər.

Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunmuş məqalədə göstərilib ki, həkimlərə gözlərin qarşısında nöqtə və sapların uçuşmasına şikayət edən insanların 14%-də (əsasən yaşlı insanlarda) torlu qişanın cırılması aşkar olunur.

5 years ago | [YT] | 10

MedplusTV

Varikoz damarlar HAMİLE qalmağa maneçilik töretmez. Sonsuzluq ve ya hamilelik düşükleri varsa, buna sebeb amiller içerisinde varikoz ayaq problemi axtarilmamalidi !!!. Ancaq varikoz damarlar hamilelik müddetinde, xüsusen ireli aylarda daha çox qabarir, genişlenir. Bu ise tromboflebit, derin venoz tromboz, damarin partlayib qanaxma vermesi, topuqda daha çox şişme, qaralma ve sairle neticelene biler. Ona göre emeliyyata gösteriş olan bütün hallarda hamilelikden 5-6 ay evvel varikoz damarlari aradan qaldirmaq tövsiye edilir. Kimde hansi müalice metoduna ehtiyac var? Bunun üçün vena dopler müayine vacibdi. Her bir halda tablet, melhem varikoz damarlari kiçiltmir, emele gelmesinin qarşisini almir. Ayaqlarda qicolma, şişkinlik kimi narahatliqlari ise tabletler aradan qaldira biler.
#hamilelikdevarikoz #varikozdermanlari #flebotonik #varikozcorab #ginekoloq #fleboloq #hamilelikvarikoz

5 years ago | [YT] | 4

MedplusTV

Halal olsun belə həkimlərimizə! 😍

“Hər iki qolundan ağır xəsarətlər alan bir əsgər var idi. Biz bunu istəməsək də, onun hər iki qolunu amputasiya etmək məcburiyyətində qala bilərdik. Travmatoloqlar və damar cərrahları qrupu ilə birlikdə həm onun qollarını, həm də onları qidalandıran damarları bərpa etməyə çalışdıq. Bir müddət sonra damarlardan birinin tromblaşdığı aydın oldu. Onu yenidən əməliyyat masasına qoyub damarları işlək vəziyyətə qaytarmaq lazım gəldi. İndi həmin gənc artıq Bakıdadır, mən onu müalicə edən həkimlə danışdım. Oğlan özünü yaxşı hiss edir, qolları birləşib, onlar işlək vəziyyətdədir", - həkim İnar Seyidov.

5 years ago | [YT] | 77

MedplusTV

Bir aydan çox davam edən qida maddəsi sayılmayan (torpaq, kağız, kül, gil və s.) maddələri davamlı yemək istəyi, vərdişidir - PİKA SİNDROMU . İnsanlar arasında torpaq yeməyə meyllik, əsasən uşaqlarda görülən bir xəstəlikdir. Unutmayaq, 2 yaşdan kiçik uşaqlar tapdıqları hər şeyi ağızlarına qoymaqla sanki “dünyanı ağızları ilə tanımaq” istəyir.
Pika sindromunun dəqiq səbəbi bilinmir, lakin dəmir çatışmazlığı, sink çatışmazlığı və yetərsiz qidalanma ən çox rast gəlinən səbəblərdəndir. Bəzən də psixoloji problemlər yad maddə yemək vərdişlərinə səbəb ola bilər. Anemiya (qan azlığı) əsas səbəb kimi göstərilsə də, anemiyanın torpaq yeməyə, yoxsa torpaq yeməyinmi anemiyaya səbəb olduğu hələ müzakirə mövzusudur. Müayinə və müalicədə terapevt, nevroloq, psixiatr kimi ixtisas həkimlərinin konsultasiyası lazım ola bilər.
#torpaqyemekisteyi #torpaqyemekverdisi #torpaqyemək #pikasindromu #pikasendromu #psixiatr #nevroloq #psixoloq #nevropatoloq #terapevt #anemiya #qanazligi #qanazlığı #fleboloq #cerrah #dabanyarasi #damaryarasi #trofikixora #varikozdamarxesteliyi #idpm #istanbulnsklinika #ismayilesgerov #doktorismayilesgerov

5 years ago | [YT] | 24

MedplusTV

Həkim yazır : Hemid 22 yaşında Şuşa döyüşlərində yaralanıb. Dedim ki Həmid təxliyə olub geden kimi evlenersen özün kimi vətənpərvər övladların olsun bu günləri də unudarsan. Mənə cavabında dedi ki, mənim üzüm yanıb,əlim və ayağım yaralanıb. Heç kim məni bu şəkildə sevməz. Mən kiminlə evlənəcəm? Ona əminliklə cavab verdim ki, ən qeyrətli və gözəl xanımlar səninlə evlənməkdən qürur hissi keçirəcək bu bir şərəfdir ki, Şuşada döyüşən həyat yoldaşın olsun. Mən onun bütün yaralarını və üzündəki yanığı müalicə edəcəm əvvəlki kimi olacaq.

5 years ago | [YT] | 100

MedplusTV

Bizləri belə xırda şeylərlə qorxudub yolumuzdan döndürmək mümkün deyil.
Vətən yolunda vuruşan, ağrıya acıya baxmayaraq "həkim tez sağalt, yenidən qayıdım cəbhəyə, Vətənim hələ tam azad olmamış evə qayıda bilmərəm" deyən bütün oğullarımıza halal olsun!
Eşq olsun Azerbaycan əsgərinə.
Dr. Aqsin İsayev

#YetərkiVatanSağolsun!

5 years ago | [YT] | 80

MedplusTV

Qadınların çoxsunda klitoral orqazm baş vermir, və, təəsüf ki, onlar bunu normal hal hesab edirlər. Hudoplastika hudoplastika, yəni klitorun plastikası – xanımlara intim əlaqə zamanı xoş hisslər yaşadacaq.
Bəs, bu əmıliyyatı zəruri edən amillər hansılardır❓
🔹Orqanın dərində yerləşməsi;
Həddindən artıq inkişaf etmiş klitoral başlıq, klitoral başlığı örtən və onu hissiyatsız edən aralığın selikli qişasının qatları;
🔹Klitorun ölçüsü çox böyük deyil. Onun başlığı toxumaların üzərindən 5 mm hündürlüydə çıxır. Hətta, selikli qişanın qatlarının az miqdarda artması klitorun stimulyasiyasına mane ola bilər;
🔹Aralığın toxumalarının zədələnməsindən sonra yaranan çapıqlar və toxumaların kobud şəkildə deformasiyası (həmçinin bu xarici cinsiyyət orqanlarının uğursuz plastik əməliyyatı nəticəsində baş verə bilər);
🔹Cərrahlar tərəfindən müxtəlif növ klitor və cinsiyyət dodaqlarının əməliyyatları icra olunur. Bütün növlər şərti olaraq iki qrupa bölünür:
🔹Klitorun plastikası;
Birlikdə icra olunan əməliyyatlar. Klitorla bərabər digər orqanların plastikası: cinsiyyət dodaqlarının, vaginanın, qızlıq pərdəsinin və s.).
Əməliyyatın həcmi böyük deyil, lakin, bütün manipulyasiyaların icrası ginekoloqdan zərgər dəqiqliyi tələb edir. Toxumaların həddindən artıq götürülməsi (klitorun üstünün açıq qalmasına səbəb olur) gündəlik həyat tərzində xanımlara diskomfort hissi yaşada bilər.
Əməliyyat bu mərhələlərdə həyata keçirilir:
🔹Anesteziya: klitorun plastikası üçün yerli anesteziya kifayət edir, əgər əməliyat kombinləşmiş şəkildə icra olunursa (aralığın digər əməliyyatları ilə birlikdə) ümumi anesteziyaya ehtiyac yarana bilər;
🔹Klitorun və ətraf toxumaların plastikası. Əməliyyat olunan nahiyəyə sovrulan nazik saplarla tikiş qoyulur;
Hemostaz, əməliyyatın qiymətləndirilməsi, pasientin narkozdan oyandırılması (ümumi anesteziya istifadə olunduğu halda).
Əməliyyat 40 dəqiqə ərzində icra olunur. ✅

5 years ago | [YT] | 10