1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir.

Bizi WhatsApp-da izləyin: www.whatsapp.com/channel/0029VaDhd4dAO7RNKDQVCp2M

Digər sosial media hesablarımız:
t.me/uneceduaz
www.facebook.com/unecedu/
www.instagram.com/uneceduaz/

UNEC ©️ Bütün hüquqlar qorunur


UNEC

UNEC müəllim, tələbə və tədqiqatçıların elmi fəaliyyətini gücləndirmək məqsədi ilə nüfuzlu beynəlxalq elmi bazalara abunədir.

Bu bazalar vasitəsilə:
🔹 Minlərlə elmi məqaləyə və jurnala çıxış əldə edilir
🔹 Tədqiqat və layihələr daha keyfiyyətli aparılır
🔹 Akademik yazı və istinad imkanları genişlənir
🔹 Qlobal elmi biliklərə birbaşa əlaqə yaradılır

Elmi bazalara keçid üçün: linktr.ee/elmibazalar

4 months ago (edited) | [YT] | 10

UNEC

🎥 UNEC-i seçmək istəyən abituriyentlər üçün CANLI YAYIM!

🔹 İxtisas seçimi ilə bağlı suallarınıza UNEC-in nümayəndələri tərəfindən canlı yayımda cavab veriləcək.
🔹 Canlı yayımı UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalı vasitəsilə izləyə bilərsiniz.
🔹 Suallarınızı birbaşa yayım zamanı ünvanlayaraq dəqiq və doğru məlumat əldə etmək imkanı qazanacaqsınız.

YouTube: youtube.com/live/HRtb2SiOFuE

📅 18 iyul
🕒 Saat 15:00

📌 Abituriyentləri və valideynləri canlı yayımı izləməyə dəvət edirik.

10 months ago (edited) | [YT] | 10

UNEC

📢 Magistraturada yeni standartlar | CANLI YAYIM

Bu ildən etibarən magistratura pilləsi üzrə yeni standartlar tətbiq olunub. UNEC-dəki ixtisaslar, eləcə də yeni standartlarla bağlı 5 iyul saat 11:00-da YouTube (bit.ly/3Gzd4dU) və Facebook səhifəmizdə canlı yayım keçiriləcək.

🔍 Yenilənmiş təhsil modelləri və sizi maraqlandıran bütün suallar bu canlı yayımda cavablandırılacaq!

📅 Tarix: 5 iyul
🕚 Saat: 11:00

10 months ago | [YT] | 4

UNEC

📢 UNEC-in 95 illik yubileyinə həsr olunmuş TEDxUNEC-in növbəti spikeri - İdarəetmə üzrə konsultant, təlimçi, mentor Elşən Bədirxanovdur!

📌 30 illik rəhbər və məsləhətçi təcrübəsi – ölkənin aparıcı şirkətlərində idarə heyətinin üzvü və aparıcı banklardan birinin rəhbəri olub.
📌 Müxtəlif sahələrin kurasiyası – biznes, müştəri xidməti, əməliyyat, hüquq və insan resursları sahələrində geniş təcrübəyə sahibdir.
📌 Performance Management üzrə CIMA Diplomunun sahibidir.
📌 İki kitabın müəllifidir:
📖 Uğura inan, öz biznesinə başla! (Tərəfdaşlar: ABA və ASAN Könüllüləri təşkilatı)
📖 Maraqlı MBA. Rəhbərin masaüstü kitabı (Tərəfdaş: ABB)

🚀 Dəyişikliklərin liderliyi mövzusunda Elşən bəyin dəyərli fikirlərini dinləmək üçün TEDxUNEC-də görüşərik!

📅 Tarix: 10 mart, saat 13:00
📍 Məkan: UNEC-in əsas tədris binası, böyük akt zalı

1 year ago | [YT] | 9

UNEC

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 4-cü ildönümüdür!

Bu şanlı zəfərin qəhrəmanları olan şəhidlərimizi dərin hörmətlə yad edirik. Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu!

#UNEC #Cəbrayıl

1 year ago (edited) | [YT] | 29

UNEC

Magistratura pilləsinə qəbul nəticələri elan olunub!

UNEC olaraq sizə yüksək keyfiyyətli təhsil verməyə və uğurlu gələcəyinizi təmin etməyə hazırıq.

UNEC-i seçən magistrantlar, ailəmizə xoş gəldiniz!

1 year ago | [YT] | 34

UNEC

Prezident İlham Əliyevin "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli univetsitetə çevrilməlidir" tapşırığının icrası yolunda UNEC daha bir uğura imza atıb.

QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən UNEC "İqtisadiyyat, Ekonometrika" üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.

Bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.

UNEC ailəsinin hər bir üzvünü bu uğur münasibətilə təbrik edirik!

2 years ago | [YT] | 22

UNEC

Əziz UNEC ailəsi - müəllimlər, tələbələr, əməkdaşlar və məzunlar!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik, hər birinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq!

Ramazan bayramınız mübarək!

2 years ago | [YT] | 24

UNEC

Əziz tələbələr!

Bu gündən etibarən UNEC-də 2023/2024-cü tədris ilinin Yaz semestrinin ara qiymətləndirmə imtahanları başladı. Hər birinizə imtahanlarda uğurlar arzu edirik!

#UNEC
#İqtisadUniversiteti
#İmtahanlar

2 years ago | [YT] | 19

UNEC

Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edirik.

2 years ago | [YT] | 19