Dr İlkin Göyüşov

Mən Dr.İlkin Göyüşov. Rusiyanın Nijni Novqorod şəhərində anadan olmuşam və uzun müddət orada yaşamışam. Nijni Novqorod Dövlət Tibb Akademiyasını, sonra urologiya ixtisası üzrə rezidentura, daha sonra da onkologiya ixtisası üzrə internaturanı bitirib, 2016-cı ildən onkoloq-uroloq işləyirəm. Böyrək, prostat vəzi, sidik kisəsi və kişi reproduktiv orqanlarının xəstəliklərinin cərrahi müalicəsi ilə məşğulam. Səhifəmdə sahəmlə bağlı paylaşımlar edirəm. Sizin üçün maraqlı olarsa izləyin, fikirlərinizi qeyd edin və faydalı hesab edirsinizsə dostlarınızla bölüşün.

Я Доктор Геюшов Илькин - уролог-онколог. Среднее образование, высшее образование получил в России. Долгое время работал врачом в России в городе Нижний Новгород. В настоящее время в течение последних нескольких месяцев я осуществляю свою деятельность в Азербайджане, в городе Баку.

На своей странице я буду с вами делиться интересными случаями на тему урологии, онкоурологии и андрологии.

Telefon: ‪+994506547634‬


Dr İlkin Göyüşov

28 MAY
Müstəqillik Günü!

#DrİlkinGöyüşov #28MAY

1 week ago | [YT] | 7

Dr İlkin Göyüşov

Qurban Bayramınız Mübarək!

#DrİlkinGöyüşov #QurbanBayramı

1 week ago | [YT] | 2

Dr İlkin Göyüşov

Anuriya (yunanca "an" inkar bildirir, "uron" isə "sidik" deməkdir) sidik kisəsinə sidiyin daxil olmaması və ya sutka ərzində 50 ml-dən az daxil olmasına deyilir.

İnkişaf mexanizminə görə anuriya böyrəkdənkənar, böyrəklə bağlı və sidik yollarının mexaniki tutulması ilə əlaqədar olur.

Anuriya zamanı təcili tədbirlər görülməsi tələb olunur.

#DrİlkinGöyüşov #UrolojiLüğət #anuriya

1 week ago | [YT] | 4

Dr İlkin Göyüşov

Kənardan testosteron qəbulu orqanizmin daxili hormonal sisteminə və təbii hormon ifrazına ciddi təsir göstərir.

1. Orqanizm kənardan (dərman və ya digər formalarda) testosteron daxil olduğunu "başa düşür". Nəticədə, bədənin daxilində testosteron ifraz edən hüceyrələr fəaliyyətini dayandırır. Bu o deməkdir ki, kənardan qəbul zamanı bədənin özünün istehsal etdiyi testosteronun səviyyəsi kəskin düşür, hətta tamamilə dayana bilir.

2. Testosteron müalicəsi bitdikdən sonra bədəndə ciddi bir disbalans yaranır. Kənardan gələn hormon kəsildiyi halda, bədənin öz hüceyrələri hələ testosteron istehsalına başlamadığı üçün hormon səviyyəsində kəskin düşmə baş verir ki, bu da orqanizm üçün böyük bir stresdir.

3. Kənardan qəbul edilən testosteron təkcə hormon ifrazını deyil, həm də spermatozoidlərin yaranma prosesini (spermatogenez) dayandıra bilər. Bəzi hallarda bu proses tamamilə dayanır və spermoqramma nəticəsi sıfıra enir.

4. Əgər bədəndə uzun müddət testosteron çatışmazlığı olubsa, reseptorlar "ac" vəziyyətdə olur. Belə hallarda kənardan hormon qəbulu bütün bədən üçün çox sərt reaksiya verə bilər.

Bu fəsadların qarşısını almaq və müalicədən sonra yaranan stresdən çıxmaq üçün mütləq həkim nəzarəti və xüsusi müalicə qaydalarına riayət olunmalıdır.

#DrİlkinGöyüşov #Testosteron #TestosteronQəbulu

3 weeks ago | [YT] | 1

Dr İlkin Göyüşov

Sfinkter (musculus sphincter) boşluqlu orqanı və ya hər hansı bir dəliyi sıxan sirkulyar əzələyə deyilir.

Məsələn, sidik kisəsinin sfinkteri sidik kisəsi əzələ qişasının orta qatının qalınlaşması ilə formalaşır və sidiyin çıxışını kontrol edir.

#DrİlkinGöyüşov #UrolojiLüğət #sfinkter

1 month ago | [YT] | 2

Dr İlkin Göyüşov

Böyrəklərimiz qanımızı gündə neçə dəfə süzür?

1 month ago | [YT] | 5

Dr İlkin Göyüşov

Sağlam böyrək nə boyda olur?

2 months ago | [YT] | 2

Dr İlkin Göyüşov

Ramazan və Novruz bayramlarınızı təbrik edirəm!

#DrİlkinGöyüşov #Ramazan #Novruz

2 months ago | [YT] | 6

Dr İlkin Göyüşov

"Uro" yunan mənşəli ouron sözündən gəlir və sidik deməkdir. "Stoma" isə ağız və ya dəlik mənasına gəlir.

Urostoma sidiyin bədəndən xaric edilməsini təmin etmək üçün əməliyyatla, süni şəkildə yaradılan xaricə açılan bir boşluq və ya bir dəlikdir.

Burada məqsəd orqanizmin itirdiyi funksiyanı (sidik ifrazını) əməliyyatla bərpa etməkdir.

#DrİlkinGöyüşov #UrolojiLüğət #urostoma

2 months ago | [YT] | 2

Dr İlkin Göyüşov

8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!

#DrİlkinGöyüşov #8mart

2 months ago | [YT] | 3