Doktor Ismayil Esgerov

SƏHİFƏMİZƏ ABUNƏ OLMAĞI UNUTMAYIN , BİZİ İZLƏYİN !. Tibb üzrə fəlsəfə doktoru, fleboloq-cərrah İsmayıl Əsgərovun qəbuluna yazılmaq üçün +994-70-660-01-11 nömrəsinə zəng edin . Səhifəmizi TƏQİB ETdiyiniz üçün təşəkkürlər !. İnstagram hesabı : www.instagram.com/dr_ismayil_esgerov goo.gl/79Zu26


Doktor Ismayil Esgerov

Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.
⛳️ Google axtarışında 'Fleboloq cərrah İsmayıl Əsgərov' yazaraq rəsmi profilimizi tapıb dəyərləndirə bilərsiniz. Rəyləriniz bizim üçün çox önəmlidir. Təşəkkür edirik !.

#fleboloqcerrah #varikozdamar #totallazer #yaramerkezi #diabetikayaq

1 month ago | [YT] | 3

Doktor Ismayil Esgerov

Kriolazer və krioskleroterapiya (CLACS) ilə kapilyar damarların azalması üçün bu gün mümkün olan ən yaxşı nəticə əldə edilir. Prosedurdan əvvəl olduğu kimi prosedurdan sonra da yeni kapilyarlar öz-özünə yarana bilər, yaranmaya da bilər. Prosedur mövcud kapilyarları azaldır, yaxud aradan qaldırır.

Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.
⛳️ Google axtarışında 'Fleboloq cərrah İsmayıl Əsgərov' yazaraq rəsmi profilimizi tapıb dəyərləndirə bilərsiniz. Rəyləriniz bizim üçün çox önəmlidir. Təşəkkür edirik !.

#fleboloqcerrah #varikozdamar #totallazer #yaramerkezi #diabetikayaq

2 months ago | [YT] | 6

Doktor Ismayil Esgerov

Çörəkdə ev şəraitində yaranan kiflə bahalı kifli pendirlərin kifləri eyni deyil.

1. Kif növü fərqi

Təsadüfi kif: Çörək və meyvədə yaranan kiflər (məsələn, Aspergillus, Fusarium) havadan düşür və çox vaxt mikotoksin adlı zəhərlər ifraz edir. Bu qida üçün zərərlidir.

Seçilmiş kif: Kifli pendirlərdə isə xüsusi seçilmiş və təhlükəsiz növlər istifadə olunur, məsələn Penicillium roqueforti və Penicillium camemberti. Bu kiflər pendirin dadını və aromasını formalaşdırır.

2. Yetişdirmə üsulu Pendirdə kif nəzarətli şəkildə əlavə olunur:

Süddə xüsusi startyor mədəniyyət (kif sporları) qatılır.

Bəzi pendirlərdə iynələmə edilərək içəri hava buraxılır ki, kif inkişaf etsin.

Bəzən pendirlər xüsusi mağaralarda yetişdirilir.

3. Niyə bahadır?
Kifli pendirlərin qiyməti yüksək olur, çünki:

Aylarla və ya illərlə yetişir

Su itirdiyi üçün çəkisi azalır

Xüsusi şərait (mağara, rütubət, temperatur) lazımdır

Əl əməyinə və riskə bağlıdır

Keyfiyyətli süd istifadə olunur

Məsələn, dünyanın ən bahalı pendirlərindən biri olan Pule cheese eşşək südündən hazırlanır və kq-ı 1000 dollardan çox ola bilər.

Beləliklə, çörəkdəki kif qidanın korlanmasıdır, pendirdəki kif isə nəzarətli və təhlükəsiz fermentasiya prosesidir.

3 months ago | [YT] | 1

Doktor Ismayil Esgerov

AYAQQABI DIABETIK

Ayaqqabının uyğun hesab edilməsi üçün onun daxili uzunluğu ayağın uzunluğundan 1–2 sm artıq olmalı və nə çox dar, nə də çox boş olmamalıdır. Daxili en ayağın metatarsofalangeal oynaqlar səviyyəsindəki eninə (və ya ayağın ən geniş hissəsinə) uyğun olmalı, hündürlüyü isə bütün barmaqlar üçün kifayət qədər yer təmin etməlidir. Ayaqqabının uyğunluğu xəstə ayaq üstə vəziyyətdə olarkən, mümkün olduqda günün sonuna yaxın (ayaqlarda şişkinlik ola biləcəyi vaxtda) qiymətləndirilməlidir. Əgər hazır istehsal olunan ayaqqabılar ayağa uyğun gəlmirsə (məsələn, ayaq deformasiyasına görə uyğunluq zəifdirsə) və ya ayaqda anormal yüklənmə əlamətləri mövcuddursa (məsələn, hiperemiya, kallus, mövcud və ya keçmiş xora), terapevtik ayaqqabıların təyin edilməsi tövsiyə olunur. Buraya əlavə dərinlikli ayaqqabılar, fərdi hazırlanmış ayaqqabılar və fərdi hazırlanmış içliklər daxil ola bilər.
Xəstəyə xoranın yaranmasına səbəb olmuş ayaqqabını bir daha heç vaxt geyinməməsi tapşırılmalıdır.

Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.
⛳️ Google axtarışında 'Fleboloq cərrah İsmayıl Əsgərov' yazaraq rəsmi profilimizi tapıb dəyərləndirə bilərsiniz. Rəyləriniz bizim üçün çox önəmlidir. Təşəkkür edirik !.

#fleboloqcerrah #varikozdamar #totallazer #yaramerkezi #diabetikayaq

6 months ago | [YT] | 2

Doktor Ismayil Esgerov

Kart testdə Hepatit, Sifilis və HİV “müsbət” çıxıb? Bu hələ diaqnoz deyil!
Ekspres kart testlər çox sürətli cavab verir, amma yanlış müsbət nəticələr tez-tez olur.
Niyə bu testlər səhv göstərə bilər?
• Test düzgün saxlanılmayıb
• Autoimmun xəstəliklər
• Yuxarı tənəffüs yolu infeksiyaları
• Reaksiya vaxtı düzgün gözlənilməyib
• Bəzi viruslar və ya immun problemlər “yanlış siqnal” yarada bilər
• Hamiləlik və son vaksinasiya da təsir edə bilər

Əsas qayda:
Kart testdə nəticə + çıxsa belə, mütləq laboratoriyada (ELISA, PCR) təkrar yoxlanılmalıdır.
Ekspres test – skrininq üçündür, diaqnoz üçün yox!


Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.
⛳️ Google axtarışında 'Fleboloq cərrah İsmayıl Əsgərov' yazaraq rəsmi profilimizi tapıb dəyərləndirə bilərsiniz. Rəyləriniz bizim üçün çox önəmlidir. Təşəkkür edirik !.

#fleboloqcerrah #varikozdamar #doktorismayilesgerov #yaramerkezi #diabetikayaq #DrIsmayilEsgerov #skleroterapiya #trofikixoraninmualicesi #çanaqvarikozları #damarhekimi #miniflebektomiya #endovenozlazerablasiya #varikozdamarhekimleri #flebologiyamerkezi #yarahekimi #lazerablasiya #tevlaismayilesgerov #totallazer #varikozhekimi #tromboflebit #tibbisığorta #cerrahfleboloq #totalevla #fleboloqhekimler #tevla #varikozdamargenelmesi #qanqrena #damarcerrahi #kəşfet #keshfet

7 months ago | [YT] | 0

Doktor Ismayil Esgerov

Acı bibər əslində ağzı YANDIRMIR!
Beyninizi aldadır…
Acı hiss etdiyiniz anda əslində ortada istilik yoxdur. Biberin içindəki kapsaisin adlı maddə dilinizdəki TRPV1 reseptorlarını aktivləşdirir. Bu reseptorlar normalda yüksək temperaturu və ağrını hiss etdirmək üçün var.
#Kapsaisin onları “yanırsan!” deyə aldatdığı üçün beyniniz bunu ağrı və istilik kimi qəbul edir.
Nəticədə bədəndə belə reaksiyalar yaranır:
•  Tərləmə
•  Göz yaşarması
•  Ürək döyüntüsünün artması
•  Ağızda yanma hissi
Amma gerçəkdə YANMA YOXDUR.
Bədən ağrı siqnalını tarazlamaq üçün endorfin və dopamin ifraz edir. Ona görə acı biber həm əzab, həm də zövq verir — bir çox insanda “acı sevgisi” də buradan yaranır.
Acılıq – dad deyil.
Bu, sadəcə beynimizin yaratdığı kimyəvi bir illüziyadır.
Tibbdə hazırda Kapsasisin tərkibli məlhəmlər yerli əzələ-oynaq ağrıları, sinir zədələnmələri zamanı istifadə olunur.

Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.
⛳️ Google axtarışında 'Fleboloq cərrah İsmayıl Əsgərov' yazaraq rəsmi profilimizi tapıb dəyərləndirə bilərsiniz. Rəyləriniz bizim üçün çox önəmlidir. Təşəkkür edirik !.

#fleboloqcerrah #varikozdamar #doktorismayilesgerov #yaramerkezi #diabetikayaq #DrIsmayilEsgerov #skleroterapiya #trofikixoraninmualicesi #çanaqvarikozları #damarhekimi #miniflebektomiya #endovenozlazerablasiya #varikozdamarhekimleri #flebologiyamerkezi #yarahekimi #lazerablasiya #tevlaismayilesgerov #totallazer #varikozhekimi #tromboflebit #tibbisığorta #cerrahfleboloq #totalevla #fleboloqhekimler #tevla #varikozdamargenelmesi #qanqrena #damarcerrahi #kəşfet #keshfet

7 months ago | [YT] | 2

Doktor Ismayil Esgerov

Uzun müddət suda qaldıqda barmaq uclarında büzüşməni bəlkə də hər kəs görüb. Niyə baş verir?
Suyun təsiri ilə barmaq uclarındakı simpatik sinir ucları damarların daralmasına (vazokonstriksiyaya) səbəb olur. Damarların daralması nəticəsində dərialtı toxumadakı maye azalır, epidermis isə nisbətən boş qalaraq büzüşür.
Meydana çıxan qırışlar, mühitə uyğunlaşmağa kömək edir. Yəni, büzüşmüş dəri nəm və sürüşkən səthlərdə tutma qabiliyyətini artırır. Şirin suda (adi içməli suda) büzüşmə daha tez (5–10 dəq) və aydın şəkildə yaranır. Duzlu suda isə osmotik fərq səbəbindən büzüşmə daha gec və zəif baş verir. Yüksək duzluluqda isə bəzən ümumiyyətlə müşahidə olunmur. Tibbi cəhətdən əhəmiyyəti nədir? Bu refleks sinir funksiyasının sağlamlığını da əks etdirir. Periferik neyropatiya, sinir zədələnməsi və ya simpatektomiya keçirmiş şəxslərdə barmaq büzüşməsi zəifləyir və ya itir. Buna görə, “wet wrinkling test” simpatiya sinir funksiyasını qiymətləndirmək üçün istifadə olunur.

Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.
⛳️ Google axtarışında 'Fleboloq cərrah İsmayıl Əsgərov' yazaraq rəsmi profilimizi tapıb dəyərləndirə bilərsiniz. Rəyləriniz bizim üçün çox önəmlidir. Təşəkkür edirik !.

#fleboloqcerrah #varikozdamar #doktorismayilesgerov #yaramerkezi #diabetikayaq #DrIsmayilEsgerov #skleroterapiya #trofikixoraninmualicesi #çanaqvarikozları #damarhekimi #miniflebektomiya #endovenozlazerablasiya #varikozdamarhekimleri #flebologiyamerkezi #yarahekimi #lazerablasiya #tevlaismayilesgerov #totallazer #varikozhekimi #tromboflebit #tibbisığorta #cerrahfleboloq #totalevla #fleboloqhekimler #tevla #varikozdamargenelmesi #qanqrena #damarcerrahi #kəşfet #keshfet

8 months ago | [YT] | 1

Doktor Ismayil Esgerov

Baldır və bud nahiyəsində aparılan hər hansı əməliyyat yaxud zədələnmələrdən sonra həmin sahələrdə hissiyyatsızlıq (hipesteziya və ya paresteziya) müəyyən dərəcədə rast gəlinə bilər. Belə hallarda tövsiyə olunan standart yanaşmalar aşağıdakılardır:
1. Başlanğıc mərhələ (ilk 2–3 həftə)
Əgər hissiyyatsızlıq əməliyyat və ya zədələnmədən sonrakı ilk günlərdə başlayıbsa, çox vaxt bu, müvəqqəti sinir qıcıqlanması ilə əlaqədar olur və öz-özünə keçə bilər.
Tövsiyə olunur:
• Məhdud hərəkət rejimi – ilk günlərdə ayağı çox yormamaq.
• Yüngül gəzintilər – qan dövranını artırmaq və sağalmanı sürətləndirmək.
• Soyuq kompreslər (ilk 48 saatda) – ödem və sinir qıcıqlanmasını azaltmaq üçün.
•   İltihab əleyhinə məlhəmlər – məsələn, diklofenak və ya ketoprofen tərkibli gel/məlhəmlər gündə 1–2 dəfə (əgər dəri sağlamdırsa).
2. Yarımkəskin mərhələ (3 həftə – 2 ay)
Əgər hissiyyatsızlıq qalırsa, artıq sinir regenerasiyasını və yerli qan dövranını stimullaşdırmaq məqsədilə əlavə müdaxilələr faydalıdır:
Məsləhət görülən məlhəmlər və vasitələr:
• Kapsaisin tərkibli məlhəmlər – sinir uclarını stimullaşdırır, paresteziyaları azaldır.
• B qrup vitamin kompleksi (tablet və ya inyeksiya şəklində) – sinir regenerasiyasını dəstəkləyir.
3. Fizioterapiya və bərpa prosedurları
Fizioterapiyaya adətən 2–3 həftədən sonra (kəsik və damar sahəsində iltihab reaksiyası sakitləşəndən sonra) başlana bilər.
Məsləhət görülən prosedurlar:
• Elektroforez və ya ultrafonoforez — sinir və yumşaq toxumalarda trofikanı yaxşılaşdırır.
• Diadinamik cərəyanlar (DDT) — sinir keçiriciliyini və qan dövranını artırır.
• Magnetoterapiya — ödemi azaldır və regenerasiyanı dəstəkləyir.
• Lazer və ya infraqırmızı şüa terapiyası — lokal bərpanı stimullaşdırır.
⏳ 4. Bərpa müddəti və proqnoz
• Yüngül sinir paresteziyaları 3–6 ay ərzində öz-özünə tam və ya qismən bərpa olunur.
• Daha dərin sinir zədələnmələrində bu müddət uzana bilər.
• Əgər 6 aydan çox davam edən uyuşma və ya ağrı olarsa, nevroloji müayinəyə ehtiyac yaranır.
⚠️ Unutmayın
Yazılanlar ümumi yanaşmadır. Hər kəsdə vəziyyətə uyğun fərqli qərarlar verilə bilər.

8 months ago | [YT] | 2

Doktor Ismayil Esgerov

🧬 Kollagen söylənildiyi qədər təsirli mi?

Kollagen — bədənimizdə ən bol olan zülaldır. O, dərinin elastikliyini, damar divarlarının möhkəmliyini, oynaq və bağ toxumalarının stabil funksiyasını təmin edir. 25 yaşdan sonra orqanizmdə kollagen sintezi təxminən hər il 1–2% azalır. Bu azalma dəri sallanması, qırışların yaranması və oynaq ağrılarının artması ilə nəticələnə bilər.

📌 Əlavə şəklində qəbul edilən kolajen orqanizmdə tam olaraq əvvəlki halında qalmır !!! O, amin turşulara parçalanır və bu maddələr yenidən kolajen sintezində iştirak edə bilər. Bəzi tədqiqatlar göstərir ki, düzenli qəbul edilən bioaktiv kolajen peptidləri (xüsusən 8–12 həftə ərzində) dərinin nəmliliyini və elastikliyini artırmağa, oynaq funksiyalarını dəstəkləməyə kömək edə bilər. Ancaq bunun əksini deyən araşdırmalar da az deyil.

⚠️ Unutmayın, bu təsirlər möcüzəvi deyil və doza, istifadə müddəti, eləcə də fərdi faktorlarla sıx bağlıdır. Ən yaxşı nəticə düzgün qidalanma, kifayət qədər su qəbulu və sağlam həyat tərzi ilə birlikdə əldə olunur.

Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.

#fleboloqcerrah #varikozdamar #doktorismayilesgerov #yaramerkezi #diabetikayaq #DrIsmayilEsgerov #skleroterapiya #trofikixoraninmualicesi #çanaqvarikozları #damarhekimi #miniflebektomiya #endovenozlazerablasiya #varikozdamarhekimleri #flebologiyamerkezi #yarahekimi #lazerablasiya #tevlaismayilesgerov #totallazer #varikozhekimi #tromboflebit #tibbisığorta #cerrahfleboloq #totalevla #fleboloqhekimler #tevla #varikozdamargenelmesi #qanqrena #damarcerrahi #kəşfet #keshfet

8 months ago | [YT] | 0

Doktor Ismayil Esgerov

Kimyaterapiya müalicəsi aparılan onkoloji xəstələrdə lazerlə varikoz damar əməliyyatına nə vaxt icazə verilə bilər:
• Əgər xəstə aktiv kimyaterapiya kursu alırsa, lazer əməliyyatı mümkün qədər təxirə salınmalıdır.
• Əməliyyat üçün ən azı 3–4 həftəlik fasilə (yəni kimyaterapiya kursları arasında stabil dövr) daha təhlükəsiz sayılır.
• Əməliyyatdan öncə qan analizləri (xüsusilə trombositlər, leykositlər, hemoglobin) və laxtalanma göstəriciləri (PT, INR, aPTT) normal səviyyədə olmalıdır.
• Onkoloqla məsləhətləşmək şərtdir — çünki bəzi xəstələrdə kimyəvi terapiya uzunmüddətli immunosupressiya (zəiflik) yaradır və bu halda planlı əməliyyatlar gecikdirilir.
Əgər lazer əməliyyatı zəruridirsə:
• Onkoloq və damar cərrahı qərarı birgə verməlidir.
• Əməliyyat lokal anesteziya altında minimal invaziv üsulla aparıla bilər.
• Profilaktik antibiotik və tromboz profilaktikası vacibdir.
• Xəstənin qan dəyərləri və ümumi vəziyyəti əməliyyata uyğun olmalıdır.
✅ Beləliklə:
• Aktiv kimyaterapiya zamanı lazer əməliyyatı yalnız təcili hallar üçün edilir.
• Planlı varikoz lazer əməliyyatı üçün ən uyğun vaxt kimyəvi terapiya kursunun bitməsindən 3–6 həftə sonra, qan göstəriciləri bərpa olunandan sonradır.

Xroniki yaralardan varikoza qədər - müasir texnologiya, sağlam addımlarla yanınızdayıq .

Ünvan:
🏥 Olimp Hospital
📍 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10
📞 Qeydiyyata öncədən yazılmaq üçün əlaqə/whats-app nömrəsi: 070-660-01-11
👣 "Waze" xəritə proqramında "Fleboloq cərrah İsmayıl Əsgərov" yazmaqla yolu daha asan tapa bilərsiniz.

#fleboloqcerrah #varikozdamar #doktorismayilesgerov #yaramerkezi #diabetikayaq #DrIsmayilEsgerov #skleroterapiya #trofikixoraninmualicesi #çanaqvarikozları #damarhekimi #miniflebektomiya #endovenozlazerablasiya #varikozdamarhekimleri #flebologiyamerkezi #yarahekimi #lazerablasiya #tevlaismayilesgerov #totallazer #varikozhekimi #tromboflebit #tibbisığorta #cerrahfleboloq #totalevla #fleboloqhekimler #tevla #varikozdamargenelmesi #qanqrena #damarcerrahi #kəşfet #keshfet

8 months ago | [YT] | 4