Assalamu alaykum, dear Muslims. Our goal is to try to understand the Qur'an better in our native language, by God's leave, and our goal is to make the Book of God more accessible to more people. Deeds are based on intentions. Let's work together to gain more good in this work. (As if the cause of good did it) Let's like it, subscribe to the channel, share and make more people watch it. May God be pleased with you.
Quran və Biz
Uca Allah “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır!” ayəsi ilə bildirir ki, heç kəsdən Onun qatında İslamdan başqa bir din qəbul edilməyəcəkdir. İslam Allahın göndərdiyi peyğəmbərlərin Allahdan gətirdiklərinə hər zaman tabe olmaqdır. Peyğəmbərlərin göndərilməsi Muhəmməd Peyğəmbər ﷺ ilə sona çatmışdır. Beləcə, Muhəmmədin ﷺ yolundan başqa Allaha tərəf gedən digər yolların hamısı bağlanmış oldu. Muhəmmədin ﷺ göndərilməsindən sonra kim onun şəriətindən başqa bir din ilə Allahın hüzuruna gələrsə, bu o kəsdən qəbul edilməyəcək. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (“Ali-İmran”, 85). Bu ayədə isə Uca Allah “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır!” buyuraraq qəbul olunan dinin yalnız İslam olduğunu xəbər verir.
1 week ago | [YT] | 1,103
View 24 replies
Quran və Biz
Artıq 200 minə az qaldı)) Allah bərəkət versin.. Müvəffəqiyyət edən Allaha həmd olsun..
2 weeks ago (edited) | [YT] | 203
View 4 replies
Quran və Biz
3 weeks ago | [YT] | 1,152
View 13 replies
Quran və Biz
1 month ago | [YT] | 1,638
View 15 replies
Quran və Biz
Qaf 50:32 - 33
(32) هَـٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِیظࣲ
(33) مَّنۡ خَشِیَ ٱلرَّحۡمَـٰنَ بِٱلۡغَیۡبِ وَجَاۤءَ بِقَلۡبࣲ مُّنِیبٍ
(32) Budur sizə vəd edilən (Cənnət). O, hər bir (tövbə edib Allaha) üz tutan, (Onun əmrinə) riayət edən,
(33) Rəhmandan (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.
1 month ago | [YT] | 467
View 6 replies
Quran və Biz
Dəyərsiz, keçəri dünya deyirik.
Amma bu dünyanı mənimsəyirik,
Nəfsə uyub neçə qəlbə dəyirik,
Bəs hanı şəriət, bəs hanı İslam?
Bəs onda biz nəyə gətirdik iman?
Yaman düşdük bu dünyanın şərinə,
Şərdə üzüb batmaqdayıq dərinə.
Hörmət də azalıb bir-birimizə,
Qalmayıb nəvaziş, yoxdur ehtiram.
Bəs onda biz nəyə gətirdik iman?
Kafirə mülayim, qardaşa sərtik.
Əməldə naqisik dildə isə mərdik,
Axi cahillikdən haqqa yönəldik.
Beləmi əmr etdi haqqı Buyuran ?!
Bəs onda biz nəyə gətirdik iman?
Saydıq özümüzü Allahın qulu,
Deyirik yolumuz Muhəmməd yolu,
Baxsaq həyatımız haramla dolu.
Nə sünnə belədir, nə də ki Quran,
Bəs onda biz nəyə gətirdik iman?
Etdiyimiz günah görünmür gözə.
Arxayınlıq gəlib qəlblərimizə.
Məğlub olmaqdayıq düşmənimizə,
Düşmən də nəfsimiz, başında şeytan
Bəs onda biz nəyə gətirdik iman?
©Nahid AbuAbdurRahman
2008-ci il
Daha çox fayda və nəsihətlər üçün telegram kanalımıza abunə ola bilərsiniz 👇
t.me/nasiihatun
1 month ago | [YT] | 193
View 5 replies
Quran və Biz
2 months ago | [YT] | 807
View 12 replies
Quran və Biz
Bir nəfər hikmət sahibinə "mənə nəsihət et! " - deyə buyurdu. O isə cavabında belə dedi :
" Çalış ki, heç kəs səni Allaha şikayət etməsin!
Daha çox fayda və nəsihətlər üçün telegram kanalımıza abunə ola bilərsiniz 👇
t.me/nasiihatun
2 months ago | [YT] | 102
View 1 reply
Quran və Biz
RAMAZAN BAYRAMINIZ MÜBARƏK!
Allah ibadətlərimizi bizdən və sizdən qəbul etsin, bizi digər ramazanlara çatdırsın! Əmin! 🌙
3 months ago | [YT] | 512
View 8 replies
Quran və Biz
İmam Əbu Hənifənin (Allah onlara rəhm etsin) Əbu Yusufa belə nəsihət etdiyi deyilir:
👉" İnsanlarla həddən artıq çox tanışlıq qurma; yalnız onlar əvvəlcə səninlə tanış olmaq istədikdə (əlaqə yarat).
👉Onların tanışlığına elmi məsələləri müzakirə etməklə cavab ver ki, elmə marağı olanlar onunla məşğul olsunlar, marağı olmayanlar isə səndən uzaq dursunlar, səni yormasınlar və hətta sənə yaxınlaşmasınlar."
📗"Mənaqib", əl-Müvəffəq əl-Məkki, s. 373.
Daha çox fayda və nəsihətlər üçün telegram kanalımıza abunə ola bilərsiniz 👇
t.me/nasiihatun
4 months ago (edited) | [YT] | 296
View 2 replies
Load more