Havva Safarova Bloq

Şəxsi təcrübələrini və öyrəndiklərini auditoriyası ilə daim paylaşan Təşəbbüskar sahibkar və Qonaqpərvərlik sahəsi üzrə Marketoloq. Bloqda siz təbii və həyatın içindən olan şüarları da hiss edəcəksiniz. 2 gözəl şəxsiyyət olaraq formalaşan uşaqların anası olaraq, valideynlərə övladlarının inkişafı, təhsili və davranışı üzrə də öz şəxsi təcrübələrini paylaşır.

Serial Entrepreneur and Hospitality Marketing Professional who aims to share her experience with the audience. In the blog, you will feel the natural and through the life motto. Being a mom of 2 great personalities, I also, support parents with my way of educating, showing the world how I behave with them, etc.


Havva Safarova Bloq

Əgər həqiqətən təyyarə biletini 50%-ə qədər ucuz almaq istəyirsinizsə, bu qaydaları bilmədən bron etməyin ✈️👇

1. Tək sayt yox, müqayisə platformaları: Ayrı-ayrı aviaşirkətlərin saytına girmək vaxt itkisidir. Məsələn, Aviasales.az kimi sistemlər eyni anda bütün variantları göstərir.

2. Aviasales.az saytında "qaynar biletlər” fəndi. Belə ki, Tətbiqi yükləyirsiniz → “Qaynar biletlər” bölməsinə daxil olursunuz → maraqlı istiqamətləri ❤️ ilə işarələyirsiniz. Beləliklə qiymət düşəndə sizə bildiriş gəlir. Ucuz bileti başqalarından əvvəl rezerv etmiş olursunuz.

3. “Xəritədə bax” – gizli xəzinədir mənim üçün. Çünki, əgər getdiyim tarix dəqiq deyilsə, o zaman tarix yox, büdcə ilə səyahət detalına fokuslanıram və ucuz qiymət olan tarixə istiqamətimi dəyişirəm. Xəritədə real vaxtda şəhərlər və qiymətlər görünür – “hara ucuzdursa ora” taktikası burada işləyir.

4. Ən az bilinən sirr: bileti parçala prinsipi. Belə ki, gediş–dönüş bəzən bahadır. Ayrı-ayrılıqda:
➡️ Gediş bir şirkətlə
⬅️ Dönüş başqa şirkətlə
və ya tranzitlə baxaraq, real qiymət fərqi müşahidə edə bilərsiniz – çox vaxt 30-40% daha ucuz çıxır. Tranzit biletlərdə uçuşlararası saat fərqinə diqqət edin. Əgər eyni hava yolunun bileti arasında ciddi fərq yoxdursa, risk etməmək üçün eyni hava yolu bileti seçin. Çünki, gecikmə və ya ləğv hallarında digər biletiniz də kompensasiya edilir. Fərqli hava yolu şirkətləri olanda buna baxılmır.

5. Tarixlə oynayın. Çərşənbə axşamı, çərşənbə – ən ucuz günlər sayılır adətən. Cümə və bazar – ən bahalı günlər sırasındadır. Bəzən isə sadəcə 1 gün əvvəl / sonra dəyiş → qiymət ciddi fərq edir

6. Qiymətləri bir də səhər tezdən yoxlayın. Ən yaxşı endirimlər adətən 05:00–09:00 arası çıxır.

7. Bir şəhərin kiçik hava limanlarını da yoxlayın. Məsələn: Roma yerinə → Ciampino, Paris yerinə → Beauvais, Dubay yerinə Şarja uçuşları bunlara alternativ sayıla bilər.

8. Baqaj olub-olmaması detalı. Ucuz biletlərin çoxu əl yükü ilədir. Əgər az əşya ilə gedirsinizsə – super seçimdir. Əks halda, ayrıca baqaj əlavə edərək də, qiyməti mütləq yoxlayın.

9. Bildirişləri açıq saxlayın. Qiymət enən kimi bildirişə dərhal reaksiya verənlər qazanır. Çünki, ucuz biletlər saatlarla qalmır!

🎯 Qızıl qayda: Tarix + istiqamət elastikdirsə → həmişə ucuz tapacaqsan.
“Bu tarixdə mütləq getməliyəm” deyənlər isə həmişə baha alır.

5 months ago | [YT] | 25

Havva Safarova Bloq

34k olduq bu platformada 😍🎉🎉
Kanalımda ən çox nəyi izləməyi sevirsiniz?

5 months ago | [YT] | 4

Havva Safarova Bloq

‪@tunatuner‬ bu videosunda oxşar cəmiyyətlərimiz üçün çox önəmli bir mövzuya toxunub.
Qırıb atmadan, ilk öncə danışmağı, soruşmağı öyrənək ❤️

3 years ago | [YT] | 2

Havva Safarova Bloq

Dişlərinizdəki problemlərdən danışırıq ✌🏻

5 years ago | [YT] | 2

Havva Safarova Bloq

15 videodan ibarət "Biznesə 0-dan başlayanlar" üçün təlimin 2-ci videosunu qaçırmayın.

5 years ago | [YT] | 3

Havva Safarova Bloq

Xatırlatmanı aktivləşdirin ki, maraqlı masterklası qaçırmayasınız 🎁

5 years ago | [YT] | 3

Havva Safarova Bloq

#PrayforBarda and say #stoparmenianaggression

Today Barda was attacked by armenian missile 😔

5 years ago | [YT] | 4

Havva Safarova Bloq

Marafonumuzun ikinci gününü izləmisinizmi?

6 years ago | [YT] | 1

Havva Safarova Bloq

Gülnar Təbrizi ilə Panikadan danışdıq və əslində Panikanın öhdəsindən insan ev şəraitində şüurlu şəkildə gələ bilirmiş...

6 years ago | [YT] | 1